Belarus Futbol Federasiyasının sədri Çexiyada saxlanılıb

Belarus Futbol Federasiyasının sədri Çexiyada saxlanılıb

Çexiya polisi Belarus Futbol Federasiyasının sədri Vladimir Bazanovu saxlayıb.

YAZTV "Denik N" portalına istinadən məlumatına görə, buna funksionerin ölkəyə giriş icazəsinin olmaması səbəb olub.

Hadisə Moraviya-Sileziya bölgəsində baş verib. Bazanovla yanaşı, onun xanımı da saxlanılıb.

Qeyd edək ki, Vladimir Bazanov 2019-cu ildən federasiyaya rəhbərlik edir.