“Keşlə” “Qəbələ”yə qarşı

“Keşlə” “Qəbələ”yə qarşı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 8-ci turun oyunları keçirilir.

YAZTV xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutacaq.

Birinci dövrədə uğurlu çıxışı ilə diqqət çəkən “Qəbələ” ikinci dövrənin ilk turunda “Keşlə”nin qonağı olacaq. Son iki matçından qalib ayrılan paytaxt təmsilçisi bu uğurlu seriyanı davam etdirməyə, əyalət komandası isə qələbə həsrətinə son qoymağa çalışacaq.

Xatırladaq ki, ilk oyun günündə “Sabah” “Sumqayıt”a 3:0, “Neftçi” isə “Zirə”yə 2:1 hesabıyla qalib gəlib. Tura sabah keçiriləcək “Səbail” – “Qarabağ” matçı ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
8-ci tur
24 oktyabr

“Keşlə” – “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Eyyub İbrahimov, Kamal Umudlu.
“ASK Arena”, 16:00.