Reqbi-7 üzrə Gəncə kuboku yarışı keçiriləcək

Reqbi-7 üzrə Gəncə kuboku yarışı keçiriləcək

Oktyabrın 30-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş reqbi-7 üzrə Gəncə kuboku yarışı start götürəcək.

Yarış Gənclər və idman Nazirliyinin dəstəyi və Azərbaycan Reqbi Federasiyası, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gəncə şəhər stadionunda baş tutacaq. Noyabrın 2-dək davam edəcək turnirdə 11 komandanın 2005-2006-cı il təvəllüdlü reqbiçilərin iştirakı nəzərdə tutub.

Mükafatçılara kubok,diplom və medallar təqdim ediləcək.