Fransa Peşəkar Futbol Liqası FIFA-nın ideyasına qarşı çıxıb

Fransa Peşəkar Futbol Liqası FIFA-nın ideyasına qarşı çıxıb

Fransa Peşəkar Futbol Liqasının (LFP) Direktorlar Şurası dünya çempionatının 2 ildən bir keçirilməsi ideyasına qarşı çıxıb.

YAZTV LFP-nin rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı təklif qurumun bugünkü iclasında qəbul olunub.

Bildirilib ki, FİFA-nın heç bir məsləhətləşmə aparmadan yalnız öz maraqlarına uyğun olan addım atmaq istəyir və bu, ölkə çempionatlarına, klublara mənfi təsir edəcək. Bu layihənin milli çempionatların təqvimini ciddi şəkildə pozacağı və azarkeş marağının itirməsinə səbəb olacağı vurğulanıb. Qeyd olunub ki, futbol təkcə dünya çempionatı ilə deyil, hər şeydən öncə daxili yarışlar hesabına inkişaf edir.

Xatırladaq ki, FIFA-nın qarşıdakı günlərdə dünya çempionatının 2 ildən bir təşkili ilə bağlı müzakirələrə başlayacağı gözlənilir. Daha əvvəl UEFA və Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) bu ideyaya qarşı çıxıb. (report az)