Benzemanı şəraba bənzətdi

Benzemanı şəraba bənzətdi

"Real"ın baş məşqçisi Karlo Ançelotti Kərim Benzemanın "Qızıl top" üçün şanslarını dəyərləndirib.

YAZTV "Marca"ya istinadən xəbər verir ki, o, fransalı hücumçunun bu mükafatı qazana biləcəyini deyib:

"Kərim meydanda etdiyi işlərə görə bu mükafatı ala biləcək oyunçular siyahısında olmalıdır. Benzemanın "Qızıl top"u almaq üçün vaxtı var. Düşünmürəm ki, bu onun son mövsümüdür. Benzema şərab kimidir, nə qədər yaşlı olarsa, bir o qədər yaxşıdır".

Xatırladırıq ki, Benzema 2009-cu ildən "Real"da oynayır. Onun klubla müqaviləsi 2023-cü ilin yayı başa çatır. (qol az)