"27 Sentyabr Anım Günü"nə həsr olunmuş badminton idman növü üzrə şəhər yarışı keçirildi

"27 Sentyabr Anım Günü"nə həsr olunmuş  badminton idman növü üzrə şəhər yarışı keçirildi

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və “Təhsil"RİM-nin Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə "27 sentyabr Anım Günü"nə həsr olunmuş badminton yarışı keçirilmişdir. Yarışın açılış mərasimi 44 günlük Vətən müharibəsi Şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanılmışdır.

Tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, 1 və 2 nömrəli Uşaq-Gənclər Şahmat-Məktəblərinin direktorları Asif Həsənov və Ramil Qasımov iştirak etmişdirlər.Baş İdarə rəisi Həmid Nəsirov çıxış edərək yarışın iştirakçılarına uğurlar arzulamış və Anım Günü ilə bağlı silsilə tədbirlərin davamlı olaraq keçiriləcəyini qeyd etmişdir.