Azərbaycan Premyer Liqasının oyunlarına azarkeş buraxılacaq

Azərbaycan Premyer Liqasının oyunlarına azarkeş buraxılacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün oyunları azarkeşlərin iştirakı ilə keçiriləcək.

YAZTV xəbər verir ki, tribunalara arenanın ümumi tutumunun 50 faizi qədər tərəfdar buraxılacaq.

 AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla açıqlamasında məlumatı təsdiqləyib: "Klublarımızın avrokuboklar çərçivəsində keçirdiyi ev oyunlarında olduğu kimi, Premyer Liqa qarşılaşmalarında da müvafiq stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər tamaşaçı COVID-19 pandemiyası ilə əlaqədar qaydalara riayət olunması şərtilə matçları tribunadan izləyə bilər".

Qeyd edək ki, Azərbaycan çempionatında yeni mövsümə bu gün start veriləcək. (report az)