"Neftçi"nin legioneri: "Səfərdən qələbə ilə qayıtmaq istəyirik"
Sənübər Qocayeva

"Çalışacağıq ki, sabah baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirək. Qələbə ilə Bakıya qayıtmaq istəyirik".
YAZTV xəbər verir ki, bu fikirləri "Neftçi"nin futbolçusu Sezar Meza Kolli Finlandiyada HİK-ə qarşı keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
Yarımmüdafiəçi paytaxt təmsilçisində özünü yaxşı hiss etdiyini bildirib: "Məşqçilər və futbolçulardan çox razıyam. Sabah da əlimdən gələni edəcəyəm ki, baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirim. Komandaya xeyir vermək istəyirəm". (qol az)