29 üzgüçü arasında 26-cı oldu

29 üzgüçü arasında 26-cı oldu

Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

Üzgüçü Maksim Şemberev 400 metr məsafəyə qarışıq üzmədə qüvvəsini sınayıb.

 Mübarizəyə təsnifat mərhələsindən qoşulan idmançı 4 dəqiqə 19,40 saniyə nəticə göstərərək, öz qrupunda sonuncu - 8-ci olub. O, digər qrupların nəticələrindən də asılı olaraq, ilk "8-liy"ə düşə bilmədiyi üçün finala çıxmaq şansını itirib.

M.Şemberev 29 uzgüçü arasında 26-cı olub. (qol az)