Yaxınlaşan qasırğa səbəbilə Olimpiya Oyunlarının təqviminə düzəlişlər edilə bilər

Yaxınlaşan qasırğa səbəbilə Olimpiya Oyunlarının təqviminə düzəlişlər edilə bilər

Yaxınlaşan qasırğa səbəbilə "Tokio-2020" Yay Olimpiya Oyunlarının təqviminə düzəlişlər edilə bilər.

YAZTV "TASS"a istinadən verdiyi məlumata görə, bunu mətbuat konfransı zamanı Oyunların Təşkilat Komitəsinin rəsmi nümayəndəsi Takaya Masa deyib.

T.Masa bildirib: "Mediaya xəbər verdiyimiz kimi avarçəkmə yarışları artıq təxirə salınıb. 26 iyulun cədvəlinə gəldikdə isə, biz artıq yarışların qrafikini hazırlamışıq, yarışlar bu günə və ya sabaha təyin edilib. Ətraflı məlumat daha sonra veriləcək".

Qeyd edək ki, "İn-fa" adı verilən qasırğa Yaponiyanın cənub hissəsində iyulun 20-dən tüğyan edir. Okinava prefekturasında artıq 5 nəfər xəsarət alıb. Qasırğanın mərkəzi hissəsində küləyin sürəti təxminən saniyədə 40 metr təşkil edir.