Rusiya millisində yeni baş məşqçi

Rusiya millisində yeni baş məşqçi

Rusiya millisinin yeni baş məşqçisi məlum olub.

YAZTV xəbər verir ki, yığmanı Valeri Karpin çalışdıracaq. Bu barədə Rusiya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb. Karpinlə bu ilin sonunadək müqavilə imzalanıb. Mütəxəssisin yığmadakı işinə görə müqaviləsinin müddəti artırıla bilər.

Qeyd edək ki, millinin son baş məşqçisi Stanislav Çerçesov olub.(qol az)