Ronaldudan unikal göstərici: Rekordu təkrarlamağa 1 qol qaldı

Ronaldudan unikal göstərici: Rekordu təkrarlamağa 1 qol qaldı

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu yığmada 108-ci qolunu vurub.

YAZTV-nin məlumatına görə, 36 yaşlı hücumçu Fransa ilə Avropa çempionatının F qrupunun III tur matçında penaltidən fərqlənib.

O, rəqib qapılarına daha bir dəfə yol tapsa, İran millisinin Azərbaycan əsilli keçmiş forvardı Əli Daeinin rekordunu təkrarlayacaq. Növbəti qol isə Ronaldunu mütləq rekordçu edəcək.

Bundan başqa, təcrübəli futbolçu dünya və Avropa çempionatlarında vurulmuş qolların sayına görə ilk pilləyə yüksəlib. Hazırda onun aktivində ümumilikdə 20 qol var. O, bu qolların 13-nü qitə çempionatında, 7-ni isə mundialda vurub.

Qeyd edək ki, Portuqaliya - Fransa matçında ilk hissədən sonra hesab bərabərdir - 1:1.