Premyer Liqada 5-ci pilləyə yüksəldilər

Premyer Liqada 5-ci pilləyə yüksəldilər

İngiltərə Premyer Liqasında 34-cü tur başa çatıb.

YAZTV xəbər verir ki, sonuncu oyun günündə  iki matç keçrilib. "Vest Bromviç" doğma meydanda "Vulverhempton"la bərabərə qalıb - 1:1. "Vest Hem" isə səfərdə "Bernli"yə 2:1 hesabı ilə qalib gəlib.

"Vest Hem" bu qələbə ilə 58 xalla turnir cədvəlində 5-ci pilləyə yüksəlib. "Vulverhempton" 42 xalla 12-ci, "Bernli" 36 xalla 16-cı, "Vest Bromviç" 26 xalla 19-cudur. Siyahıya 80 xalla "Mançester Siti" başçılıq edir.

3 may

"Vest Bromviç" - "Vulverhempton" - 1:1
Qollar
: Silva, 45+2 (0:1), Dianye, 62 (1:1)

"Bernli" - "Vest Hem" - 1:2
Qollar
: Vud, 19-pen (1:0), Antonio, 21 (1:1), 29 (0:1) (qol az)