Pensiya yaş həddində yenidən dəyişiklik edilir - RƏSMİ

Pensiya yaş həddində yenidən dəyişiklik edilir - RƏSMİ

Bu il iyulun 1-də Azərbaycanda qadınların pensiya yaş həddi yenidən artırılacaq.

YAZTV-nin məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov deyib.

Onun sözlərinə görə, 2017-ci ildən yaş həddinin mərhələli şəkildə artırılması həyata keçirilir. Artıq kişilər üçün pensiya yaşı 65 yaşdır və bu proses tamamlanıb. Qadınların isə pensiya yaşı 62 yaşdır və o, hər il 6 ay artırılır. Bu hədd də 65 yaşa çatdıqda proses tamamlanacaq. Bu ilin iyul ayında qadınlar üçün pensiya yaşı yenidən 6 ay artırılacaq”.