Daha 61 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb

Daha 61 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən bu il yanvarın 11-12-də qida məhsulları sahəsində fəaliyyət göstərən 61 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YAZTV-ə verilən məlumata görə, 5 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlarla əlaqədar olaraq onların qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina edilib.