YAP Gəncə şəhər təşkilatına yeni sədr təyin olunub
Yeni Azərbaycan TV

Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatına yeni sədr təyin olunub.
Bu vəzifəyə partiyanın İdarə Heyətinin üzvü Bayram Aslanov təyinat alıb.
Qeyd edək ki, daha əvvəl YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov olub.
O, bu ilin mart ayında səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilib.
Bayram Aslanov 20 mart 1987-ci ildə anadan olub. 2004-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə qəbul olub. 2004-2008-ci ildə qeyd edilən universitetin bakalavr, 2008-2010-cu ildə magistratura, 2012-2017-ci illərdə isə doktorantura pilləsini bitirib. Texnika üzrə fəlsəfə doktorudur.
2005-ci ildən YAP Yasamal rayon Təşkilatının üzvü olan Bayram Aslanov 2010-cu ildə təşkilatının sədr müavini və İdarə Heyətinin üzvü seçilib. 2015-ci il Parlament seçkilərində 15 saylı Yasamal seçki dairəsindən YAP-ın vahid namizədi olub.
Ailəlidir. 2 övladı var.
Bayram Aslanovu təbrik edir, işlərində uğurlar arzulayırıq.