Recep Öztop DQİDK-nin Gəncə Bölgəsinin şöbəsində olub
Sənübər Qocayeva

Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə Bölgəsinin şöbə müdiri Həsən Məmmədovla nəzakət görüşü keçirib.
Həsən Məmədov Recep Öztopu salamlayaraq Türkiyə Respublikasının cənub-şərq bölgəsində baş vermiş dəhşətli zəlzələ nəticəsində həlak olanlara başağlığı verib, yaralılara şəfa diləyib. Recep Öztop, öz növbəsində, həm şöbə müdirinə, həm də Dini konfessiyaların rəhbərlərinə başsağlığı üçün təşəkkürünü ifadə edib.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafı ətrafında müzakirələr aparılıb.
Sonda hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.