Goranboy Rayon İcra Hakimiyyətinə yeni təyinat olub

Goranboy Rayon İcra Hakimiyyətinə yeni təyinat olub

Goranboy rayon İcra Hakimiyyəti Başçısının 16.02.2023-cü il tarixli Sərəncamı ilə Həsənov Şamxal Məhərrəm oğlu Başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.

Qeyd edək ki, Şamxal Həsənov – 10 aprel 1984-cü ildə Goranboy rayonu Fəxralı kəndində doğulub, Azərbaycan Dövlət Aqrar Universitetini İqtisadiyyat ixtisası üzrə bitirmiş, yeni təyinatından öncə, Goranboy rayon İcra Hakimiyyəti Başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsində işləmişdir.