Fevralın birinci ongünlüyündə minimum temperatur Qubada qeydə alınıb

Respublikanın əksər bölgələrində fevral ayının birinci ongünlüyündə hava şəraiti nisbətən yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim normasından 1-2º yüksək, bəzi yerlərdə normaya yaxın, ötən ilin göstəriciləri ilə müqayisədə isə 2-4º aşağı olması ilə səciyyələnib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YAZTV-ə verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 4,1º, Qarabağ bölgəsində 4º, Gəncə-Goranboy, Mil-Muğan və Mərkəzi Aranda 4-5º, Lənkəran-Astarada 2-6º, Şəki-Zaqatalada 2-3º, Gədəbəydə -2,7º, Ceyrançöl-Tovuzda 3º, Qubada -0.8º, Dağlıq Şirvan bölgəsində 0-1.8º təşkil edib.
Havanın minimum temperaturu Qubada -9º, Gədəbəydə -7º, Şamaxıda -6º, İsmayıllıda -4º, Zərdab, Lənkəran, Ceyrançöl, Şəki və Qəbələdə -3º, Cəfərxan, Tovuz, və Zaqatalada -2º, Bərdə, Gəncə və Maştağada -1º olub.