ARB TV -nin əməkdaşı yeni vəzifəyə təyin edilib

ARB TV -nin əməkdaşı yeni vəzifəyə təyin edilib

Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunun PR və Marketinq direktoru vəzifəsinə yeni təyinat baş verib. Bu barədə YAZTV-yə qurumdan bildirilib.

Məlumata əsasən, sözügedən vəzifəyə “ARB” TV-nin PR və Marketinq meneceri Vitali Yusibov təyin olunub.

Qeyd edək ki, bundan öncə Vitali Yusibov “Kəpəz” TV və bir sıra kanallarda və lahiyələrdə Reklam Meneceri vəzifəsində çalışmışdır. Sonuncu tutduğu vəzifə isə “ARB” TV-də PR və Marketinq meneceri olmuşdur.