Pərvin Kərimzadə seçicilərlə görüşüb

37 saylı seçki dairəsi üzrə Milli Məclisin deputatı Pərvin Kərimzadə YAP Gəncə şəhər təşkilatının inzibati binasında növbəti dəfə vətəndaş qəbulu keçirib.
Mütəmadi olaraq seçicilərlə görüşən, onların problemlərini dinləyən millət vəkili ayrı-ayrılıqda vətəndaşları qəbul edib, onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq işlərin görüləcəyini bildirib. Təhsil, sosial, hüquqi və tibbi yardımla, özlərinin və ya ailə üzvlərinin işlə təmin edilməsinə köməklik göstərilməsi ilə bağlı müraciətlər dinlənilib.
Sakinlərin qaldırdıqları məsələlərlə bağlı Pərvin Kərimzadə qanunvericiliyə uyğun olaraq aidiyyəti qurumlara müraciət olunacağını bildirib. Bundan əvvəl qurumlara olunmuş müraciətlərin operativ cavablandırıldığı qeyd olunub. Məsələlərin bir hissəsi yerindəcə həll olunub, araşdırılması tələb olunan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq addımlar atılıb.
Araşdırılması tələb olunan müraciətlər millət vəkili tərəfindən nəzarətə götürülüb, aidiyyatı orqanlara sorğular göndərilib.