Azərbaycanda mina qurbanlarının əksəriyyəti kişilərdir

Azərbaycanda mina qurbanlarının əksəriyyəti kişilərdir

Mina partlayışı nəticəsində xəsarət alan şəxslərə bütün yardımlar göstərilməli, onların uzunmüddətli ehtiyacları nəzərə alınmalıdır.

"YAZTV" xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Ariane Bauer Bakıda humanitar minatəmizləmə fəaliyyəti ilə bağlı keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O, BQXK-nın risk qiymətləndirməsi, icmalarda müvafiq təlimlərin keçirilməsi, mina qurbanlarına yardım və s. sahələrdə çalışdığını xatırladıb: “BQXK 26 ölkədə 330 fiziki reabilitasiya mərkəzini dəstəkləyir. Biz qurbanlara birbaşa yardımlar göstəririk. Ölkələrin milli strategiyalarının hazırlanmasına kömək edirik”ş

Ariane Bauer Azərbaycanda mina qurbanlarının əksəriyyətinin kişilər olduğunu deyib: “Azərbaycanda mina partlayışlarının mülki qurbanları çox vaxt kişilər olur. Onlar ailə başçılarıdır, ailələrinin maliyyə ehtiyaclarını qarşılayırlar və belə olan halda onların ailələrində maliyyə çətinlikləri yaranır. Biz bu ailələrə maliyyə yardımı göstərmişik. Mina qurbanlarının 80 faizi BQKK-dan maliyyə yardımı alıb. Biz ANAMA-ya da dəstək verməyə hazırıq”.