Azərbaycandakı ceyranların sayı AÇIQLANDI

Azərbaycandakı ceyranların sayı AÇIQLANDI

Respublikanın bölgələrində ceyranların və Şərqi Qafqaz turlarının sayı hesablanıb.

YAZTV xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.

O qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşlarının, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbərinin iştirakı ilə respublikanın müxtəlif bölgələrində keçirilmiş hesablamada ötən illərdən fərqli olaraq beynəlxalq ekspertlər də iştirak edib: "Şirvan, Ağgöl, Abşeron milli parkları, Şirvan, Korçay dövlət təbiət qoruqları, Bəndovan, Qax dövlət təbiət yasaqlıqları və onlarla həmsərhəd olan ərazilərdə aparılmış müşahidələrə görə, bu ərazilər üzrə ceyran populyasiyasının sayı təxminən 7413 olub”.

A.Səmədovanın sözlərinə görə, Şərqi Qafqaz turlarının populyasiyasının sayı isə Şahdağ Milli Parkı, Zaqatala, İlisu dövlət təbiət qoruqları, Zaqatala, Qax dövlət təbiət yasaqlıqları, Şəki və Babadağ ovçuluq təsərrüfatları, eləcə də bu ərazilərlə həmsərhəd olan sahələrdə aparılmış hesablamalara görə təxminən 6563 müəyyən edilib".