İsmayıllı təhsil işçiləri Prezidentin Sərəncamı ilə təltif edilib

İsmayıllı təhsil işçiləri Prezidentin Sərəncamı ilə təltif edilib

5 oktyabr müəllimlər günü ilə əlaqədar Prezident İlham Əliyev bir qrup müəllimi təltif edib.

Onların içərisində İsmayıllı şəhər 6 saylı tam orta məktəbin müəllimi Manafov Əsgər “Əməkdar müəllim” fəxri  adı, şəhər 3 saylı məktəb liseyinin müəllimi Ağayeva Əminə isə “Tərəqqi” medalı ilə təltif edilib.

Bundan əlavə bir qrup İsmayıllı müəllimi də, Təhsil Nazirinin əmrinə əsasən Fəxri Fərmanla təltif olunub.

11.10.2021-ci il tarixdə Rayon İcra Hakmiyyətinin başçısı təltif olunan müəllimlərlə görüşüb. Görüş zamanı rayon rəhbəri müəllimləri təbrik edərək bildirib ki, ölkə başçısının bu Sərəncamı təhsilə olan diqqət və qayğının, eləcədə müəllim peşəsinə verdiyi dəyərin göstəricisidir.

Göstərilən etimada  görə Prezident İlham  Əliyevə minnətdarlıq edən müəllimlər daim dövlətin və Prezidentin yanında olmaqla yanaşı, bundan sonra da gənc nəslin vətənpərvər ruhda yetişdirilməsində və təlim-tərbiyəsində  əzmlə çalışacaqlarını vurğulayıblar.