Qəhrəmanlar can verər yurdu yaşatmaq üçün

Qəhrəmanlar can verər yurdu yaşatmaq üçün
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” 2020-ci il dekabrın 2-də imzaladığı sərəncama əsasən Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncə Gənclər Evinin birgə təşkilatçılığı ilə "27 sentyabr Anım Günü"nə həsr olunmuş gənclərin iştirakı ilə tədbir keçirilmişdir.
 
Tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Aparatının Əraziidarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Cavad Cavadov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Fərman Rüstəmov, Gəncə şəhəri Nizami rayon Bələdiyyəsinin sədri Qoşqar Məmmədov, Gəncə Dövlət Universitetinin Ümumi Tarix kafedrasının müəllimi Elnur Hacıyev,
Vətən müharibəsi iştirakçıları və qazilər iştirak etdilər.Tədbirdə ilk olaraq qonaqlar tərəfindən Gəncə Şəhidlər Xiyabanında yerləşən Memorial Kompleksin önünə tər qərənfillər düzüldü.
 
Tədbirin rəsmi hissəsi 44 günlük Vətən müharibəsi iştirakçılarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı.Daha sonra çıxış edən qonaqlar 44 Günlük Zəfərimiz haqqında gənclərə geniş məlumat verdilər və Ali Baş Komandan İlham Əliyevin iradəsi, ordumuzun gücü sayəsində əldə olunmuş bu qələbənin 30 illik vətən həsrətinə son qoyduğunu qeyd etdilər.Sonda tədbir iştirakçıları Şəhidlərimizin məzarlarını ziyarət etdilər və onların məzarları üstünə tər qərənfillər düzdülər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!