“Ailə həftəsi” layihəsi baş tutub

“Ailə həftəsi” layihəsi baş tutub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sabunçu Rayon İcra Hamiyyəti, Sabunçu Gənclər Evi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sabunçu nümayəndəliyinin birgə təşkilatçılığı ilə 3-15 may tarixlərində “Ailə həftəsi” layihəsi baş tutub.

 

YAZTV xəbər verir ki, ZOOM platforması və Sabunçu Gənclər Evinin instagram və feysbuk sosial şəbəkələri üzərindən həyata keçirilən layihədə 200-ə yaxın gənc və gənc ailələr iştirak edib.

 

“Ailə həftəsi” layihəsi ümumilikdə “Gənclər ailədaxili münasibətlərdə” , “Ailə və Cəmiyyət: Erkən nikah problemi” , “Ailə büdcəsini hesablanması” adlı üç vebinardan, “Ailəmi sevirəm” fotomüsabiqəsindən və “Ailələr yarışır” intellektual yarışından ibarət olub.

 

Sabunçu Gənclər Evi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsi olub, gənclərimizin sosial və fərdi inkişafını təmin etmək məqsədi ilə fəaliyyət göstərir. Gənclər Evi olaraq ödənişsiz kurslar və seminarlar təşkil edərək, gənclərimizin asudə vaxtının səmərəli təşkili, eyni zamanda, onların təkliflərinin həyata keçirilməsi istiqamətində işlər görülür. Gənclərin bilik və bacarıqları inkişaf etdirilərək cəmiyyətə faydalı fərd kimi qazandırmaq Sabunçu Gənclər Evinin qabaqcıl məqsədidir.