Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsində Azad Rəhimovun vəfatı ilə bağlı anım tədbiri keçirildi

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsində Azad Rəhimovun vəfatı ilə bağlı anım tədbiri keçirildi

Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar Baş İdarənin rəhbərliyi və kollektivi tərəfindən anım mərasimi keçirilmişdir.

Tədbirdə Baş İdarənin rəisi Həmid Nəsirov çıxış edərək cənab nazirin həyatı və fəalliyəti haqqında geniş məlumat vermiş, onun ailəsinə və yaxınlarına Baş İdarənin kollektivi, şəhərin gəncləri və idman ictimaiyyəti adından başsağlığı vermişdir. Baş İdarə əməkdaşları Azad Rəhimovun dövlət gənclər və idman sahələri istiqamətində fəaliyyəti və həyat yolu barədə xoş sözlər söyləmişlər.

Allah rəhmət eləsin!