Azərbaycan XİN rəhbəri BMT-nin ən az inkişaf etmiş ölkələr üzrə Konfransının açılışına qatılıb
Yeni Azərbaycan TV
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətərdə ölkəmizin donor tərəfdaş qismində təmsil olunduğu ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransının (LDC5) açılış mərasimində iştirak edir.
Bu barədə YAZTV-ə Xarici İşlər Nazirliyindən bildirilib.
“Ölkəmizin donor tərəfdaş qismində təmsil olunduğu Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransın (LDC5) beynəlxalq yardıma ən çox ehtiyac duyulan yerlərdə davamlı inkişafı sürətləndirmək üçün bir fürsətdir”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Ceyhun Bayramov dünən Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransında (LDC5) iştirak etmək üçün Qətər Dövlətinə işgüzar səfərə yola düşüb.