“Can Azərbaycanın dərdi bizim dərdimizdir”
Yeni Azərbaycan TV

“31 il əvvəl Xocalıda azərbaycanlı qardaşlarımızın qətlə yetirilməsini lənətləyir, şəhidlərimizi bir daha rəhmətlə yad edirik”.
YazTV xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviter hesabında yazıb.
“Biz Xocalıda insanlığa qarşı törədilən cinayəti unutmamışıq, unutmayacağıq. Can Azərbaycanın dərdi bizim dərdimizdir”, - nazir əlavə edib.