Rusiya sülhməramlılarına məxsus avtomobillərin aksiya ərazisindən sərbəst keçidinə maneə yoxdur
Yeni Azərbaycan TV

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 63-cü günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.
YAZTV AZƏRTACA İstinadən xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 16 yük avtomobilinin Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkəti təmin edilib. Ümumilikdə gün ərzində bu saata qədər 22 avtomobilin maneəsiz keçməsinə şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.