Türkiyənin müdafiə naziri Elçin Quliyevə və Zakir Həsənova başsağlığı verib

Türkiyənin müdafiə naziri Elçin Quliyevə və Zakir Həsənova başsağlığı verib

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevə və müdafiə naziri general-polkovnik Zakir Həsənova telefonla zəng edib.

YAZTV xəbər verir ki, bu barədə məlumatı "TRT Haber" yayıb.

Türkiyəli nazir telefon danışığı zamanı general-polkovnik Elçin Quliyevə və general-polkovnik Zakir Həsənova başsağlığı verib.

H.Akar Qaraheybətdə həlak olan hərbçilərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.