Erməni hərbçisinin meyiti tapıldı

Erməni hərbçisinin meyiti tapıldı

Qarabağda hərbi əməliyyatlar zamanı ölən daha 1 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.

YAZTV xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb. Bildirilir ki, cəsəd Füzuli istiqamətində aşkar olunub və şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərin meyitlərinin sayı 1669-a çatıb.