Azərbaycan, Türkiyə və İran XİN başçılarının görüşü olacaq

Azərbaycan, Türkiyə və İran XİN başçılarının görüşü olacaq

BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Nyu-Yorkda İran və Türkiyə xarici işlər nazirləri Hüseyn Əmirabdullahian və Mövlud Çavuşoğlu arasında görüş olub.

YAZTV” xəbər verir ki, bu barədə məlumatı “Tasnim” agentliyi yayıb.

Məlumata əsasən, tərəflər görüş zamanı əsas olaraq Əfqanıstan və Suriya ilə bağlı məsələlər ətrafında fikir müzakirəsi aparıblar. 

Həmçinin qeyd olunur ki, tərəflər Tehranda Azərbaycan, Türkiyə və İran XİN başçılarının üçtərəfli görüşünün təşkil olunması barədə razılığa gəliblər.

Bununla yanaşı, Əmirabdullahian İran Prezidenti İbrahim Rəisinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfər etməklə bağlı dəvətini Çavuşoğluna çatdırıb.