Azərbaycan Prezidenti: "Dövlət büdcəsində profisit yaranıb"

Azərbaycan Prezidenti: "Dövlət büdcəsində profisit yaranıb"

"Biz bu gün aparılan islahatlar nəticəsində əldə edilmiş əlavə mənfəəti, ilk növbədə, insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəldirik".

YAZTV-nin xəbərinə görə, bunu Prezident İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad, Rəşad Tağıyevi isə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin etməsi ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

"İndi ilin 9-cu ayıdır. Ancaq şəffaflıq nəticəsində, islahatlar nəticəsində dövlət büdcəsində profisit yaranıb və biz bunun böyük hissəsini yenə də insanların sosial müdafiəsinə yönəldirik", - deyə dövlət başçısı vurğulayıb.