Prezident İlyas Rzayevə də general rütbəsi verdi

Prezident İlyas Rzayevə də general rütbəsi verdi

Prezident İlham Əliyev İlyas Rzayevə “ədliyyə general-mayoru” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

"YAZTV" xəbər verir ki, sərəncama əsasən, ədliyyə polkovniki İlyas Ramiz oğlu Rzayevə “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.

 Qeyd edək ki, İlyas Rzayev Prezident Adminstrasiyasının Hərbi məsələlər şöbəsinin sektor müdiri vəzifəsində çalışır. O, bu vəzifəyədək Bakı hərbi prokuroru olub.