Azad olunan ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb

Azad olunan ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan  verilən məlumata görə, iyunun 14-dən 19-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 89, tank əleyhinə 107 mina və 11partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 1 111 085 m² (111 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.