Zaxarova: "Azərbaycan - Ermənistan sərhədində gərginlik azalır"

Zaxarova: "Azərbaycan - Ermənistan sərhədində gərginlik azalır"

"Son həftələrdə Azərbaycan - Ermənistan sərhədində gərginliyin azaldığını Rusiya təsdiqləyir"

YAZTV TASS-a istinadla xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.

Problemin davamlı və uzunmüddətli həlli kimi iki ölkə arasındakı sərhədin delimitasiyası üzrə işlərin tezliklə başlanmasını görürük. Bu prosesə ən aktiv şəkildə kömək etməyə hazır olduğumuzu təsdiqləyirik", - deyə M.Zaxarova vurğulayıb.(publika az)