Ceyhun Bayramov Türkiyəyə getdi

Ceyhun Bayramov Türkiyəyə getdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyəyə yola düşüb. Bu barədə XİN-dən YAZTV-yə məlumat verilib.

 Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Antalya Diplomatiya Forumunda çıxışı, habelə həm Türkiyə tərəfinin rəsmiləri, həm də Forumda iştirak edən xarici nümayəndələr ilə çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.