Azərbaycanın ixracında təbii qazın payı artıb
Sənübər Qocayeva

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan 7,233 milyard kubmetrdən çox təbii qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz azdır.
YAZTV bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.
Hesabata əsasən, yanvar-aprel aylarında ixrac olunan təbii qazın ümumi məbləği 3,7 dəfə artaraq 4,178 milyard dollara çatıb.