Qızılın qiyməti cüzi artıb
Sənübər Qocayeva

Müxtəlif amillərin təsiri altında qızılın qiyməti cüzi artıb.
YAZTV birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın iyun fyuçersləri 0,05%, yaxud 1,01 ABŞ dolları bahalaşaraq, 1 unsiyası 1 842,95 ABŞ dollarına satılıb. Gümüşün iyul fyuçerslərinin qiyməti isə 0,23% artaraq, 1 unsiyası 21,985 ABŞ dolları təşkil edib.
İnvestorların bir sıra xarici amilləri qiymətləndirdiyi bir zamanda qızılın qiyməti sabit qalmaqdadır. Bir tərəfdən, Rusiyaya qarşı sanksiyalar, Çində koronavirusun yayılması və bir sıra ölkələrdə inflyasiyanın artması qızıla olan marağı dəstəkləyir.
Digər tərəfdən, möhkəmlənməkdə olan ABŞ dolları qızılın qiyməti üzərində təzyiq yaradır.