Qızıl ucuzlaşır

Qızıl ucuzlaşır

Qızıl möhkəmlənən ABŞ dollarının təzyiqi altında ucuzlaşır.

YAZTV birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın iyun fyuçersləri 0,55 ucuzlaşaraq, 1 unsiyası 1808,85 ABŞ dollarına satılıb. Gümüşün iyul fyuçerslərinin qiyməti isə 0,99% düşərək, 1 unsiyası 21,535 ABŞ dolları təşkil edib.

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) rəhbəri Cerom Pauelin inflyasiyanı aşağı salmaq üçün daha aqressiv addımlara, o cümlədən, faiz dərəcəsinin daha da artırılmasına hazır olmaları haqqında bəyanatından sonra ABŞ dollarının indeksi 0,07 bənd artıb.