Neft ucuzlaşıb

Neft ucuzlaşıb

ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) iclası ilə əlaqədar fond birjalarında hökm sürən ümumi bədbinlik fonunda dünya bazarlarında neftin qiyməti aşağı düşüb.

YAZTV birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin aprel fyuçersləri 0,38% ucuzlaşaraq, 1 bareli 86,85 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 0,43% aşağı düşərək, 1 bareli 85,24 ABŞ dolları təşkil edib.

İnvestorlar FES iclasının bu gün açıqlanacaq nəticələrini gözləyirlər. Analitiklər hesab edirlər ki, tənzimləyici orqan monetar siyasətin tezliklə sərtləşdiriləcəyini bəyan edəcək.

“Qara qızıl”ın qiymətinin düşməsinə Amerika Neft İnstitutunun (API) ABŞ-da neft ehtiyatları haqqında statistik məlumatları dərc etməsi də təsirsiz ötüşməyib. Belə ki, API-nin məlumatına əsasən yanvarın 21-dək olan həftə ərzində ABŞ-da “qara qızıl” ehtiyatı 0,87 milyon barel azalıb. Analitiklər azalmanın cəmi 0,4 milyon barel təşkil edəcəyini gözləyirdilər.