Azərbaycanda beşillik iqtisadi inkişaf planı hazırlanır

Azərbaycanda beşillik iqtisadi inkişaf planı hazırlanır

Azərbaycan iqtisadiyyatının inkişafı üzrə beşillik strateji plan bu ilin sonunadək qəbul olunacaq.

YAZTV-nin məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, bu plan ölkənin iqtisadi inkişafına xidmət edəcək.

Nazirin sözlərinə görə, Azərbaycanın ümumi daxili məhsulunun cari artım tempi gözləntiləri üstələyib:

"Bu il ixracın da artımı gözlənilir. Biz görürük ki, xammalın təkrar emalı və bunun sayəsində ixracın artırılması üçün potensial var".