Daha bir ölkə Azərbaycanla uçuşları bərpa edəcək

Daha bir ölkə Azərbaycanla uçuşları bərpa edəcək

Qazaxıstan Azərbaycanla aviaəlaqəni bərpa edəcək.

YAZTV bu barədə Qazaxıstan hökumətinə istinadən məlumat verir.

Qeyd olunur ki, hökumətin iclasında 16 ölkə ilə aviaəlaqənin bərpası və genişləndirilməsi barədə qərar qəbul edilib.

Bu siyahıda Azərbaycan, Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Almaniya, Maldiv adaları, Cənubi Koreya, Polşa, Macarıstan, İtaliya, Çexiya, Şri-Lanka, Çin, Səudiyyə Ərəbistanı, Küveyt yer alıb.

Eyni zamanda Qazaxıstan hökuməti 30 ölkənin vətəndaşları üçün vizasız rejimin bərpası barədə qərar qəbul edib.(trend az)