Neft qiymətləri ucuzlaşır

Neft qiymətləri ucuzlaşır

Dünya birjalarında neft qiymətləri ucuzlaşır.

YAZTV xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,70 dollar azalaraq 74,64 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,81 dollar ucuzlaşaraq 71,16 dollar olub. (AZƏRTAC)