“Azeri Light” nefti 76,5 dolları ötüb

“Azeri Light” nefti 76,5 dolları ötüb

Azərbaycan neftinin qiyməti bahalaşıb.

101.az  xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,6 dollar artaraq 76,73 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin minimum qiyməti 2020-ci ilin aprelin 21-də (15,81), son iki il ərzində maksimum qiyməti isə bu il iyulun 5-də (78,35) qeydə alınıb.(AZƏRTAC)