Vergidə uçotda olmayan fiziki şəxslərdən mallar alındıqda alış aktı tərtib edilməlidir

Vergidə uçotda olmayan fiziki şəxslərdən mallar alındıqda alış aktı tərtib edilməlidir

Vergi qanunvericiliyinə əsasən, vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını tərtib etmək vergiödəyicisinin vəzifəsidir.

YAZTV Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda, alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilməlidir.

Eyni zamanda, qanunvericiliyə görə vergiödəyicisi tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunur.