2022-ci ildə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 səviyyəsində götürülüb

2022-ci ildə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 səviyyəsində götürülüb

Makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını dəstəkləyəcək.

YAZTV xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında deyilir.

Qeyd olunub ki, bu əsasda, 2022-ci il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 səviyyəsində götürülüb.