Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb

Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,86 ABŞ dolları, yaxud 1,17 % azalıb.

YAZTV  xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 72,67 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.